Naxçıvanın Dövlət Energetika Xidməti yeni İES-in tikintisini şərh edib

Naxçıvanın Dövlət Energetika Xidməti yeni İES-in tikintisini şərh edib Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının (İES) tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə və davamlılığına təkan verəcək.
Energetika
23 Dekabr , 2024 14:18
Naxçıvanın Dövlət Energetika Xidməti yeni İES-in tikintisini şərh edib
Tural Murtuzəliyev

Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının (İES) tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə və davamlılığına təkan verəcək.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvanın Dövlət Energetika Xidməti rəis müavini Tural Murtuzəliyev bildirib.

O xatırladıb ki, Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl sektor tərəfdaşlığı imkanlarından istifadə edilməklə Muxtar Respublikada elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədi ilə yeni İES-in tikintisi haqqında sərəncam imzalayıb.

"Bu stansiya alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan enerji üçün balans rolunu oyanacaq. Bu da ixrac potensialının istifadə olunmasında ən böyük dəstəkdir”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi