Naxçıvanda Heydər Əliyev Su Anbarı üzərindəki SES istehsal gücünü 2 dəfəyə yaxın artıracaq

Naxçıvanda Heydər Əliyev Su Anbarı üzərindəki SES istehsal gücünü 2 dəfəyə yaxın artıracaq Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev Su Anbarı üzərində inşa edilmiş su elektrik stansiyası (SES) illik elektrik enerjisi istehsalının həcmini 2 dəfəyə yaxın artıraraq 7 milyon kVt/saat-dan 12 milyon kVt/saata çatdırmağı planlaşdırır.
Energetika
19 Oktyabr , 2024 15:32
Naxçıvanda Heydər Əliyev Su Anbarı üzərindəki SES istehsal gücünü 2 dəfəyə yaxın artıracaq
Tərxan Qafarov

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev Su Anbarı üzərində inşa edilmiş su elektrik stansiyası (SES) illik elektrik enerjisi istehsalının həcmini 2 dəfəyə yaxın artıraraq 7 milyon kVt/saat-dan 12 milyon kVt/saata çatdırmağı planlaşdırır.

Bunu "Report"un yerli bürosuna açıqlamasında SES-in direktoru Tərxan Qafarov bildirib.

"2006-cı ildə bu SES-in inşası ilə regionda alternativ enerji dövrü başlayıb. 4,5 mVt gücündə olan bu obyekt kiçik kateqoriyalı stansiya hesab olunsa da, onun inşa olunmasını elektroenergetikanın bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi yönündə ilk tarixi addım adlandırmaq olar. Stansiya Naxçıvanın Nazirlər Kabineti ilə Türkiyənin “Cengiz İnşaat şirkəti-Aksoy Holdinq" ortaqlığı arasında imzalanmış 19 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən, tutumu 100 milyon kubmetr olan su anbarında quraşdırılıb", - deyə o qeyd edib.

"Stansiyada 2 ədəd hər birinin gücü 2 meqavat və 1 ədəd gücü 0,5 meqavat olan hidroturbinlər qoyulub. Stansiyada istehsal olunan enerjini 35 kV-luq “Şahbuz” elektrik verilişi xəttinə qoşmaq üçün qoyulmuş güc transformatorları, paylayıcı quruluşlar Türkiyə, turbin və generatorlar isə Fransa istehsalıdır. Stansiyanın layihəsi, quraşdırılması, sazlanması ilə əlaqədar görülən işlərin dəyəri tamamilə Naxçıvan MR Dövlət Energetika Xidmətinin elektrik enerjisi satışından topladığı vəsait hesabına ödənilib", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi