Mingəcevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir

Mingəcevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb və “OPEC plus” ölkələrinə göndərilib
Energetika
11 Oktyabr , 2020 18:13
Mingəcevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir

Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücümları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.

Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regional fəlakətin qarşısı alındı. Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES və Mingəçevir SES hazırda norrmal rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb. Müraciət OPEC Baş Katibliyi tərəfindən də “OPEC plus” ölkələrinə göndərilib.

Son xəbərlər

Orphus sistemi