Martda Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb

Martda Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 99,9% olub
Energetika
9 Aprel , 2021 11:49
Martda Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası üzrə bu ilin mart ayında verilən təbii qazın həcmi, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, mart ayında Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 28 mln 348 min 219 kubmetr, dəyəri isə 3 mln 692 min 222 manat olub. Hesabat ayında təbii qazın istifadəsinə görə daxil olan vəsaitin həcmi isə 3 mln 688 min 477 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 99,9 % olub.

Belə ki, Naxçıvan şəhərinə verilən təbii qazın ümumi həcmi 4 mln 419 min 200 kubmetr, verilən təbii qazın ümumi dəyəri 474 min 508 manat, daxil olan vəsaitin həcmi 474 min 551 manat olub, təbii qazın istifadəsinə görə yığımı isə 100 % icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 831 min 760 kubmetr, verilən təbii qazın ümumi dəyəri 88 min 734 manat, daxil olan vəsaitin həcmi isə 88 min 741 manat təşkil edib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 mln 700 min 230 kubmetr, verilən təbii qazın ümumi dəyəri 172 min 798 manat, daxil olan vəsaitin həcmi də 172 min 799 manat olub.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 mln 718 min 736 kubmetr, verilən təbii qazın ümumi dəyəri 178 min 258 manat, daxil olan vəsaitin həcmi isə 178 min 268 manat olub.

Şərur rayonuna verilən təbii qazın ümumi həcmi 3 mln 182 min 990 kubmetr, verilən təbii qazın ümumi dəyəri 325 min 855 manat, daxil olan vəsaitin həcmi isə 325 min 869 manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 431 min 241 kubmetr olub. Bu rayona verilən təbii qazın ümumi dəyəri 43 min 879 manat, daxil olan vəsaitin həcmi 43 min 884 manat olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 1 mln 121 min 469 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 114 min 436 manat, daxil olan vəsaitin həcmi isə 114 min 436 manat olub.

Martrda Babək rayonu verilən təbii qazın ümumi həcmi 3 mln 403 min 405 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 355 min 253 manat, daxil olan vəsaitin həcmi 355 262 manat olub.

Bütün bu rayonlarda təbii qazın istifadəsinə görə yığım 100 % təşkil edib.

Ötən ay Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 11 mln 539 min 188 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 1 mln 938 min 501 manat, daxil olan vəsaitin həcmi 1 mln 934 min 667 manat olub. Müəssisə və təşkilatların təbii qazın istifadəsinə görə yığımı 99,8 % olub.

Son xəbərlər

Orphus sistemi