Macarıstan “Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək istəyir

Macarıstan “Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək istəyir Bakı. 4 oktyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində bir sıra görüşlər keçirib.
Energetika
4 Oktyabr , 2018 10:04
Macarıstan “Cənub Qaz Dəhlizi layihəsində iştirak etmək istəyir
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində bir sıra görüşlər keçirib. 

Bu barədə "Report"a Enegetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə edilib. P.Siyarto Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.

P.Şahbazov həmçinin Monqolustanın energetika naziri Çerenpilin Davasurenlə də görüşüb. Nazir Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etdiyinə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında enerji sektorunda, xüsusilə neft-qaz sahəsində geoloji kəşfiyyat işləri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəblərində neft-qaz ixtisası üzrə təhsil imkanları nəzərdən keçirilib. 

Son xəbərlər

Orphus sistemi