"Azərbaycan 2027-ci ilə qədər Avropaya tədarük olunan təbii qazın həcmini iki dəfə artırmaq niyyətində olduğunu bildirib".
"Report"un Macarıstan mətbuatına istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə danışıqlardan sonra deyib.
"Biz Azərbaycanın 2027-ci ilə qədər buradan Avropaya təbii qaz tədarük edə biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini iki dəfə artırmaq istəyini alqışlayırıq və ona hörmət edirik", - P.Siyarto birgə mətbuat konfransında bildirib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türk dövlətlərinin energetika nazirlərinin görüşündə Siyarto Azərbaycandan Avropaya nəql edilən qazın həcminin yaxın illərdə iki dəfə artırılmasını Avropanın enerji təchizatının şaxələndirilməsi üçün ən real imkan adlandırıb.