Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşır

Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşır Çərşənbə günü İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyişə və ABŞ-da ehtiyatların artmasına dair xəbərlər neftin qiymətinin düşməsinə səbəb olub
Energetika
20 May , 2021 12:19
Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşır

Dünya bazarında neftin qiyməti dünənki çöküşdən sonra bu gün səhər korreksiya çərçivəsində cüzi artıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı saat 09:25-də 0,23 faiz artaraq 66,81 dollar təşkil edib.

WTI neftinin iyul fyuçersləri 0,36 faiz bahalaşaraq bir bareli 63,58 dollara satılıb. Bu neft markasının iyun fyuçersləri 0,58 faiz bahalaşıb və bir bareli 63,73 dollara təklif olunub.

Çərşənbə günü İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyişə və ABŞ-da ehtiyatların artmasına dair xəbərlər neftin qiymətinin düşməsinə səbəb olub.

“ING Group” ekspertləri neft bazarının orta müddətli perspektivlərini kifayət qədər nikbin qiymətləndirirlər. Onların fikrincə, bu ilin ikinci yarısında “Brent”in qiyməti orta hesabla bir barel üçün 70 dollar olacaq.

İngilis versiyası Oil rises in price

Son xəbərlər

Orphus sistemi