İqtisadiyyat naziri: "Qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb"

İqtisadiyyat naziri: "Qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb" Beynəlxalq Valyuta Fondunun 2023-cü il Hesabatına əsasən qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb, bu da qlobal ÜDM-in təxminən 7,1 %-ni təşkil edir.
Energetika
30 Sentyabr , 2024 11:06
İqtisadiyyat naziri: Qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb
Mikayıl Cabbarov

Beynəlxalq Valyuta Fondunun 2023-cü il Hesabatına əsasən qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb, bu da qlobal ÜDM-in təxminən 7,1 %-ni təşkil edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.

"Bu əhəmiyyətli sərmayə, yalnız qalıq yanacaqlardan davamlı asılılığımızı vurğulamır, həm də davamlı enerji həllərinə keçidin əsas maneəsini yaradır. Təsəvvür edin ki, bu subsidiyaların yalnız bir hissəsi bərpa olunan enerji, yaşıl texnologiyalar və iqlimlə davamlılıq təşəbbüslərinə yönəldilərsə, transformasiya imkanları necə genişlənəcək. Bu resurslarla təmiz enerjiyə doğru hərəkət sürətləndirilməklə yanaşı, innovasiyalar stimullaşdırıla və "yaşıl iqtisadiyyat"da milyonlarla yeni iş yeri yaradıla bilər. Müsbət dəyişiklik potensialı böyükdür və bundan daha davamlı bir gələcək üçün istifadə etməyin vaxtıdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi