İndiyə qədər Qarabağ və Şərqi Zəngəzurda 12 elektrik yarımstansiyası tikilib

İndiyə qədər Qarabağ və Şərqi Zəngəzurda 12 elektrik yarımstansiyası tikilib Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 11 ədəd 110 KV-luq, 1 ədəd isə 330 KV-luq elektrik yarımstansiyası tikilib.
Energetika
26 May , 2023 16:26
İndiyə qədər Qarabağ və Şərqi Zəngəzurda 12 elektrik yarımstansiyası tikilib

Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 11 ədəd 110 KV-luq, 1 ədəd isə 330 KV-luq elektrik yarımstansiyası tikilib.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində Oxçuçayın çirklənməsi ilə bağlı keçirilən tədbirdə “Azərenerji” ASC-nin prezidentinin müşaviri Vüqar Əliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 600 km-dən çox yüksəkgərginlikli ötürmə xətti çəkilib.

“İşğaldan əvvəl bu ərazilərdə 29 ədəd kçik su elektrik stansiyası (SES) olub ki, mənfur qonşularımız həmin stansiyaları tamamilə dağıdıb. Onlardan 11-i yenidən qurularaq bərpa edilib. 7 yerdə SES tikintisi davam edir, eyni zamanda 9 yerdə SES-in tikintisinə başlanılıb. Ümumilikdə bu 27 SES-in istehsal gücü 27 MVt olacaq. Yaxın gələcəkdə əlavə stansiyaların tikilməsi planlaşdırılır”, - deyə "Azərenerji" rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi