IMF 2031-ci ilə qədər Azərbaycan neftinin itkisiz qiymətini proqnozlaşdırıb

IMF 2031-ci ilə qədər Azərbaycan neftinin itkisiz qiymətini proqnozlaşdırıb Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycan neftinin fiskal itkisiz qiyməti 1 barel üçün 87,3 ABŞ dolları təşkil edəcək.
Energetika
1 may 2025 11:24
IMF 2031-ci ilə qədər Azərbaycan neftinin itkisiz qiymətini proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycan neftinin fiskal itkisiz qiyməti 1 barel üçün 87,3 ABŞ dolları təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında deyilir.

Növbəti il neftin orta qiyməti 85,6 ABŞ dolları səviyyəsində gözlənilir, 2030-cu ildə isə qiymət 1 barel üçün 91,3 ABŞ dollarına qədər artacaq.

Valyuta Fondunun gözləntilərinə görə, 2025-ci ildə Azərbaycan üçün neftin xarici rentabellik qiyməti bir barel üçün 167,8 ABŞ dolları, 2026-cı ildə 167 ABŞ dolları, 2030-cu ildə isə bir barel üçün 215 ABŞ dolları təşkil edəcək.

Bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müqavilədə payı 31,65 % təşkil edir.

Orphus sistemi