İlin birinci yarısında AÇG-dən hasilat 10 % azalıb

Energetika
  • 03 avqust, 2023
  • 08:59
İlin birinci yarısında AÇG-dən hasilat 10 % azalıb

Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta hesabla 375 min barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, yarım il ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000 barel), “Mərkəzi Azəri” (98 000 barel), “Qərbi Azəri” (91 000 barel), “Şərqi Azəri” (61 000 barel), “Dərinsulu Günəşli” (67 000 barel) və “Qərbi Çıraq” (35 000 barel) platformalarından təşkil edib.

Bu ilin birinci yarım ilində AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövründən 10 % azdır.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

İlin birinci yarısında AÇG-də 3 neft hasilatı və 4 su injektor quyusu tamamlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti