IGB oktyabrda kommersiya əməliyyatlarına başlayacaq

IGB oktyabrda kommersiya əməliyyatlarına başlayacaq Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2021-ci ilin iyul ayına qədər ticarət əməliyyatlarına başlayacağı gözlənilir.
Energetika
1 Fevral , 2021 15:28
IGB oktyabrda kommersiya əməliyyatlarına başlayacaq

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2021-ci ilin iyul ayına qədər ticarət əməliyyatlarına başlayacağı gözlənilir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu IGB-nin Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgieva bildirib.

Bolqarıstanın “Bulqargaz” şirkəti isə Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (IGB) boru kəməri ilə birləşdirilməsi pandemiya səbəbindən oktyabr ayının əvvəlində baş tutacağını bildirir.

Məlumata görə, hazırda layihənin dizayn, tədarük və inşaat müqaviləsinin podratçısı olan Yunanıstanın “J&P AVAX” şirkəti layihənin həyata keçirilmə müddətinin 2021-ci ilin sonuna qədər uzadılması üçün müraciət edib.

IGB-nin rəsmi sözçüsü isə bildirib ki, müraciət ilkin planda göstərilən müddətdə koronavirus pandemiyasının qlobal yayılması ilə işin sürətlə davam etdirilməsini çətinləşdirdiyi üçün əsaslandırılıb.

İGB konsorsiumundan həmçinin bildirilib ki, layihənin tikintisi üçün həm də vaxt tələb edən mürəkkəb texnoloji problemlər var.

Bolqarıstan IGB-nin tikitisi bitdikdən sonra TAP vasitəsi ilə ümumi qaz tələbatının 33 %-ni ödəyəcək.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi