ICGB növbəti “təbii qaz ili” üçün interkonnektorun mövcud ötürücülük gücü üzrə hərracları tamamlayıb

ICGB növbəti “təbii qaz ili” üçün interkonnektorun mövcud ötürücülük gücü üzrə hərracları tamamlayıb Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) operatoru (ICGB) 2023-2024-cü “təbii qaz ili” (bir ilin oktyabrın 1-dən növbəti ilin sentyabrın 30-na qədər - red.) üçün kəmərin mövcud ötürücülük gücü üzrə illik hərracları başa çatdırıb.
Energetika
7 İyul , 2023 15:59
ICGB növbəti “təbii qaz ili” üçün interkonnektorun mövcud ötürücülük gücü üzrə hərracları tamamlayıb

Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) operatoru (ICGB) 2023-2024-cü “təbii qaz ili” (bir ilin oktyabrın 1-dən növbəti ilin sentyabrın 30-na qədər - red.) üçün kəmərin mövcud ötürücülük gücü üzrə illik hərracları başa çatdırıb.

“Report” ICGB-yə istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, interkonnektorda nəzərdə tutulan gücün 70 %-dən çoxu - sutkada 37 milyon kVtt/saatdan çoxu rezervasiya edilib, qalan tələb olunmayan güclər isə rüblük, aylıq və gündəlik hərraclarda satışa çıxarılacaq.

Operatorun məlumatına əsasən, Bolqarıstan bazarına bir neçə yeni şirkət daxil olub.

3 milyard kubmetrə yaxın interkonnektorun mövcud ümumi illik gücü üçün uzunmüddətli müqavilələr üzrə ildə 1,57 milyard kubmetr ehtiyat ayrılıb və bu da Azərbaycandan Yunanıstana təbii qazın çatdırılmasına imkan verir. Qalan həcmlər isə iki əsas Avropa platformasında potensial yükgöndərənlərə təklif olunur.

Xatırladaq ki, iyulun 3-də ICGB Yunanıstan-Bolqarıstan İnterkonnektorunun ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesinin birinci mərhələsinə start verib. Bazardakı vəziyyətdən asılı olaraq onun tutumu 5 milyard kubmetrə qədər artırıla bilər.

Son xəbərlər

Orphus sistemi