​İran neft bazarında alıcılara endirim təklif edəcək

​İran neft bazarında alıcılara endirim təklif edəcək Proqnoz: Yaxın bir ayda neftin qiyməti 35 dollar/barelə enə bilər
Energetika
12 Noyabr , 2015 17:25
​İran neft bazarında alıcılara endirim təklif edəcək

Bakı. 12 noyabr. REPORT.AZ/ "Brent" markalı neftin bir barelinin qiyməti dekabrın 15-dək daha 10 dollar azala bilər. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 15-də Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaları qaldıra bilər. Bunun üçün İran, nüvə proqramında şəffaflığın təmin olunduğunu təsdiq etməlidir.

İranın, ona qarşı sanksiyalar ləğv edilən kimi, gündəlik neft hasilatını 500 min barel artırması gözlənilir. Qeyd edək ki, avqust ayında Dünya Bankının hesabatında İranın sanksiyalardan sonra qısa müddət ərzində hasilatı 1 mln. barel artıracağı və bununla da dünya neft bazarında qiymətlərin 10 dollar azalacağı proqnozlaşdırılır. Ümumiyyətlə, İranın 2016-cı ilin ikinci yarısında yenidən bazarda pay əldə edəcəyi ehtimal olunur.

Belçikanın KBC konsaltinq şirkəti, İranın bazara geri dönməsi ilə ilkin mərhələdə Cənubi Avropada aktiv olacağını və Rusiyanın mövqelərini sıxışdıracağını bildirir. Rusiyanın bu bölgədə illik zərərinin 153 mln. dollar olacağı vurğulanır. Ümumiyyətlə, Rusiyanın Avropa bazarından itkisinin 2016-cı ildə bu məbləğdən çox yüksək olacağı proqnozlaşdırılır. İran, həmçinin endirim tətbiq etməklə bazarda mövqe tutmağa çalışacaq ki, endirimin 1,5 dollar/barelə qədər yüksələcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi