İlin əvvəlinədək “Ümid” yatağından 1,7 mlrd. kubmetr qaz hasil edilib

İlin əvvəlinədək “Ümid” yatağından 1,7 mlrd. kubmetr qaz hasil edilib Bakı. 3 sentyabr. REPORT.AZ/ İşlənmənin əvvəlindən bu il yanvarın 1-nə Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 265,3 min ton kondensat və 1 666,3 mln. kubmetr qaz hasil edilib.
Energetika
3 Sentyabr , 2018 14:04
İlin əvvəlinədək “Ümid” yatağından 1,7 mlrd. kubmetr qaz hasil edilib
Socar.az

Bakı. 3 sentyabr. REPORT.AZ/ İşlənmənin əvvəlindən bu il yanvarın 1-nə Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 265,3 min ton kondensat və 1 666,3 mln. kubmetr qaz hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.

Hesabat ilində isə yataqdan kondensat hasilatının həcmi 64,53 min ton, qaz hasilatının həcmi isə 424,48 mln. kubmetr təşkil edib.

Məlumata görə, yataqda 2 istismar quyusu (10 və 14 nömrəli) fəaliyyət göstərir və bu quyulardan 1 250 min kubmetr/gün qaz, 200 ton/gün kondensat hasil edilir.

Bildirilib ki, hazırda “Ümid yatağında 16 №-li istismar quyusunda qazma işləri aparılır. Quyunun 2018-ci ilin oktyabr ayında istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye işlənməsinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi