Gələn il üçün AÇG üzrə hasilat proqnozu açıqlanıb

Energetika
  • 08 dekabr, 2023
  • 08:07
Gələn il üçün AÇG üzrə hasilat proqnozu açıqlanıb

2024-cü ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 125,9 milyon barel neft hasil edilməsi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 7,7 milyon barel və ya 5,8 % azdır.

2022-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 27,2 milyon barel və ya 17,8 % azdır.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti