Gələn il SOCAR qaz hasilatını 12% artıracaq

Gələn il SOCAR qaz hasilatını 12% artıracaq Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,8 mlrd. kubmetr, yaxud 12,5% artırılaraq 7,2 mlrd. kubmetr həcmində olması proqnozlaşdırılır.
Energetika
30 Oktyabr , 2018 16:20
Gələn il SOCAR qaz hasilatını 12% artıracaq
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,8 mlrd. kubmetr, yaxud 12,5% artırılaraq 7,2 mlrd. kubmetr həcmində olması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Gələn il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə qaz hasilatının bu ilin proqnozu ilə müqayisədə 5,9 mlrd. kubmetr, yaxud 25% artırılaraq 29,7 mlrd. kubmetr həcmində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, gələn il Azərbaycanda 36,9 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır. Bu il Azərbaycanda 30,2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi