Gələn il ABƏŞ neft hasilatını artıracaq
Energetika
- 30 oktyabr, 2018
- 12:53
Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 0,6 mln. ton artırılaraq 30,9 mln. ton həcmində olması proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.
Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə isə neft hasilatının bu ilin proqnozu ilə eyni səviyyədə - 7,6 mln. ton həcmində olacağı nəzərdə tutulur.
Qeyd edək ki, gələn il Azərbaycanda neft hasilatının həcminin 38,5 mln. ton təşkil edəcəyi proqnozlaşdırılır. Bu il neft hasilatının 37,8 mln ton. olacağı nəzərdə tutulur.
Son xəbərlər
11:50
İran ABŞ-nin İordaniyadakı "Şahzadə Həsən" aviabazasına zərbə endirib
Digər ölkələr11:50
TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
Sağlamlıq11:45
Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır
Sağlamlıq11:42
Anar Quliyev: Azərbaycanın minatəmizləmə təcrübəsi başqa ölkələrə nümunə ola bilər
Daxili siyasət11:36
Goranboyun Nizami kənd sakini: Aidiyyəti dövlət qurumları hadisəyə dərhal müdaxilə etdi
Hadisə11:31
İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
Xarici siyasət11:28
Karpfişinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Fərdi11:27
İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb - ƏLAVƏ OLUNUB
Xarici siyasət11:21