Gədəbəyin səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib

Gədəbəyin səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib Bakı. 18 dekabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.
Energetika
18 Dekabr , 2018 16:53
Gədəbəyin səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı. 18 dekabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, bu ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq, məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub.

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşınması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrinə sayğac quraşdırma işləri aparılıb.

Bu gün Gədəbəy rayonunun Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə, 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 64 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. 

Son xəbərlər

Orphus sistemi