Fransa 2021-ci ilə qədər bütün İES-lərini bağlayacaq

Fransa 2021-ci ilə qədər bütün İES-lərini bağlayacaq Alternativ olaraq ölkədə innovasiya və tədqiqatların maliyyələşdirilməsi fondu yaradılacaq
Energetika
25 Yanvar , 2018 05:45
Fransa 2021-ci ilə qədər bütün İES-lərini bağlayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Fransa qlobal iqlim dəyişiklikləri ilə mübarizədə nümunə olacaq və 2021-ci ilədək kömürlə işləyən bütün istilik elektrik stansiyalarının (İES) fəaliyyətini dayandıracaq.

“Report” xəbər verir ki, bunu Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edən Fransa prezidenti Emanuel Makron deyib.

"Biz zərərli tullantıları kəskin şəkildə azaltmaq üçün addımlar atacağıq…Biz 2021-ci ilədək kömürlə işləyən bütün istilik elektrik stansiyalarını bağlayacağıq və ekoloji təmiz texnologiyaların inkişafı üzrə proqramlar işə salacağıq", - deyə Fransa prezidenti bildirib.

Onun sözlərinə görə, ölkədə innovasiya və tədqiqatların maliyyələşdirilməsi üçün kapital həcmi 10 milyon avro olacaq fond yaradılacaq.

Makron bu ideyanın həyata keçirilməsindən ötrü müəssisələr üçün vergilərin azaldılması, həmçinin daha əlverişli əmək şəraitinin yaradılmasına kömək edəcək.

Son xəbərlər

Orphus sistemi