Eytne Trinor: "Azərbaycan ​OPEC-ə üzv ola bilər"

Eytne Trinor: "Azərbaycan ​OPEC-ə üzv ola bilər" İqtisadi cəhətdən neft hasilatından asılı olan dövlətlər OPEC-ə üzvlüklə bağlı müraciət edə bilər
Energetika
17 Dekabr , 2014 14:14
Eytne Trinor: Azərbaycan ​OPEC-ə üzv ola bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ İqtisadi cəhətdən neft hasilatından asılı olan hər bir dövlət OPEC-ə üzv olmaq üçün təşkilata müraciət edə bilər. Bunu "Report"a açıqlamasında OPEC-in media üzrə icraçı direktoru Eytne Trinor (Eithne Treanor) deyib.

"İqtisadi cəhətdən neftden asılı olan hər kəs OPEC-ə üzv olmaq üçün müraciət edə bilər. Lakin OPEC-ə daxil olmayan bir qrup qaz və neft istehsalı ilə məşğul olan ölkələrdə də inkişaf gedir. Onlarla tez-tez məsləhətləşmələr və söhbətlər aparılır. Amma üzvlük qərarı sadəcə olaraq fərdi dövlətlər üçün nəzərdə tutulub", - deyə E.Trinor bildirib.

Azərbaycanın perspektivdə OPEC-ə üzvlüyü məsələsinə gəlincə, təşkilat rəsmisi bunun mümkün olduğunu deyir: "Neft və qaz istehsalı Azərbaycan iqtisadiyyatının özəyidir. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, ölkənin iqtisadi durumu ümumi ixracının 90%-dən çoxunu təşkil edən neft və qaz əsasında formalaşan enerji ixracından asılıdır".

Xatırladaq ki, OPEC-ə üzv olan hər bir ölkə üçün neftin gündəlik minimum istehsal həcmi 800 min bareldir.

Son xəbərlər

Orphus sistemi