Bakı. 4 avqust. REPORT.AZ/ Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovla görüşüb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə 2016-cı il avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) I Avrasiya konfransının keçirilməsi ilə bağlı məsələlər müzakirə edildiyi deyilir.
Konfransın proqramının
Assosiasiyanın prezidenti G.Kumbaroğlu G20 sammitindən əvvəl, noyabrın 14-də Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə görüşün planlaşdırıldığını da diqqətə çatdırıb.
Qeyd edək ki, noyabr ayında Türkiyənin Antalya şəhərində G20 ölkələri rəhbərlərinin toplantısı keçiriləcək.