Energetiklər Kəlbəcərin işğaldan azad edildiyi günü iş başında qeyd ediblər

Energetiklər Kəlbəcərin işğaldan azad edildiyi günü iş başında qeyd ediblər "Azərişıq” ASC-nin əməkdaşlarının Kəlbəcər rayonunda elektrik enerjisi şəbəkəsi qurması ilə bağlı görüntüləri yayılıb.
Energetika
25 Noyabr , 2021 15:20
Energetiklər Kəlbəcərin işğaldan azad edildiyi günü iş başında qeyd ediblər

"Azərişıq” ASC-nin əməkdaşlarının Kəlbəcər rayonunda elektrik enerjisi şəbəkəsi qurması ilə bağlı görüntüləri yayılıb.

“Report” xəbər verir ki, görüntülər bu gün - rayonun işğaldan azad edilməsinin 1-ci ilidönümündə qeydə alınıb.

Xatırladaq ki, “Azərişıq” Kəlbəcərin mərkəzindəki küçələrdə və müxtəlif dövlət orqanlarının yerləşdiyi tikililərdə elektrik enerjisi xətlərini bərpa edib.

Xatırladaq ki, Kəlbəcər Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılıb. Rayon 2 aprel 1993-cü ildə işğal edilərkən 53 340 nəfər öz yurdundan didərgin düşmüş, 55 hərbçi, 511 mülki sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüş, minlərlə sakin yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi