Energetika Nazirliyi: "Azərbaycanın neft hasilatı üzrə kvotası artırılıb"

Energetika Nazirliyi: "Azərbaycanın neft hasilatı üzrə kvotası artırılıb" Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika
5 May , 2022 17:12
Energetika Nazirliyi: Azərbaycanın neft hasilatı üzrə kvotası artırılıb

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərara əsasən, gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi