Energetika naziri vətəndaşları qəbul edib

Energetika
  • 17 dekabr, 2025
  • 14:38
Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Qusar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, enerji sərfiyyatı üzrə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik təsərrüfatının yenilənməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, elektrik xəttinin mühafizə zolağı, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti