Elnur Soltanov: "Qarabağda yüksəkvoltlu sistemin qurulması demək olar ki, başa çatıb"

Elnur Soltanov: "Qarabağda yüksəkvoltlu sistemin qurulması demək olar ki, başa çatıb" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksəkvoltlu sistemin qurulması demək olar ki, başa çatıb.
Energetika
25 May , 2023 13:38
Elnur Soltanov: Qarabağda yüksəkvoltlu sistemin qurulması demək olar ki, başa çatıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksəkvoltlu sistemin qurulması demək olar ki, başa çatıb.

“Report”un Şuşaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bunu energetika nazirinin müavini, İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun rəhbəri Elnur Soltanov bu gün Şuşa şəhərində keçirilən İşçi Qrupunun 66-cı iclasında bildirib.

Onun sözlərinə görə, qeyd olunan sisteminin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir”.

E. Soltanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Nazir müavini həmçinin qeyd edib ki, Qarabağda "yaşıl enerji" texnologiyaları tətbiq edilir: “Analoji işlər Naxçıvanda da aparılacaq. Ancaq, biz bu texnologiyaları ölkənin digər rayonlarında da istifadə edəcəyik”.

Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov qeyd edib ki, Şuşa şəhərinə qazın çəkilişi də təmin ediləcək və beş ana magistral qaz kəmərlərindən birinin Şuşa istiqamətində yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi