“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib
Energetika
- 04 oktyabr, 2016
- 10:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Ələt-dəniz” yatağındakı 9 saylı stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4 200-4 194 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Son xəbərlər
10:36
Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"
ASK
10:31
Məcnun Məmmədov: "Məqsəd təkcə istehsalın artımı deyil, həm də resurslardan səmərəli istifadədir"
ASK
10:30
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Digər
10:30
Foto
Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir
Elm və təhsil
10:27
Prezident İlham Əliyev AQEM tribunasından beynəlxalq hüququn tətbiqində problemləri üzə çıxarıb – rəy
Xarici siyasət
10:25
Fariz İsmayılzadə: "Aqrar sektor üçün yüksək ixtisaslı kadrlar hazırlanacaq"
ASK
10:24
Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub
Futbol
10:21
Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub
Media
10:20
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Energetika