“İqlim dəyişmələri bu günün problemidir. Problemi həll etmək üçün imkanlarımız - vəsaitimiz varmı?”
“Report”un məlumatına görə, bunu Nobel sülh mükafatı laureatı Ouided Bouchamaoui Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda deyib.
“İqlim dəyişmələri ilə bağlı problemlər ibtidai sinifdən tədris olunmalı, universitet pilləsinə qədər tədrisi davam etdirilməlidir. Hər kəs iqlim dəyişmələri ilə bağlı narahatlığını bildirməlidir. Biz fərqli problemlərlə üz-üzəyik. Yoxsulluq da daxil olmaqla sosial-iqtisadi problemlər meydana çıxır. Bu məsələlərin çox vacib olduğunu dərk etməliyik. Problemin həlli bizdədir və problemi addım-addım izah etməliyik. Bizim nəyimiz var, nəyi planlaya bilərik? Hesab edirəm ki, ilk olaraq sudan başlamalıyıq. Suyun səmərəli istifadəsi, daha da çox qorunub saxlanılması barədə düşünməliyik. Burada sadə, amma asan başa gələn həlləri tətbiq etməliyik. Kənd təsərrüfatının fərqli yollarla inkişaf etdirilməsi lazımdır. Bunu necə edə bilərik? Bununla bağlı təlimlər keçirə bilərik. Suyun daha qənatəli istifadəsi üçün yollar açmalıyıq. Qarşımızda çoxlu günəşli günlər var və bundan faydalanmalıyıq. Məsələn, günəş enerjisindən daha çox istifadə edə bilərik. Günəş enerjisindən ev təsərrüfatlarında istifadə üçün asan yolları təşviq etməliyik. Bu forumda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım göstərə bilərlər”, - o qeyd edib.