EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu azalıdıb

Energetika
  • 11 iyun, 2025
  • 15:03
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu azalıdıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb.

“Report” xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 570 min barel təşkil edəcək (may ayı proqnozu - 620 min barel).

Bu ilin ikinci rübündə neft hasilatının sutkada 570 min barel olacağı gözlənilir. Ötən ay bu ilin ikinci rübü üçün verilən proqnoz 620 min barel olub.

Bu ilin üçüncü rübündə neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir. Mayda həmin rüb üçün verilən proqnoz 640 min barel təşkil edib.

Bu ilin dördüncü rüblərində neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir. Mayda həmin rüblər üçün verilən proqnoz da 630 min barel təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci və üçüncü rüb üçün 590 min barel, dördüncü rübdə isə 600 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 600 min barel səviyyəsində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti