Əhalinin avtomobil yanacağı xərcləri 8 %-dən çox artıb

Energetika
  • 12 iyun, 2023
  • 11:40
Əhalinin avtomobil yanacağı xərcləri 8 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 179,9 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Bu ilin 5 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,1 % artıb.