Bakı. 7 avqust. REPORT.AZ/ "Şahdəniz" layihəsi bizim üçün çox əhəmiyyətlidir və burada fəaliyyətimizi genişləndirmək üçün bütün imkanlardan istifadə etməyə hazırıq". "Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "LUKoil Azerbaijan" SC-nin Layihə və struktur maliyyələşdirmə Departamentinin rəhbəri Oqtay Mövsümov deyib.
"LUKoil Overseas"in hasilat üzrə vitse-prezidenti Sergey Suçok isə çıxışında bütün problemlərə baxmayaraq, BP,
Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "LUKoil" şirkətinə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv strukturun işlənməsi layihəsində iştirakını genişləndirmək üçün 500 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin ayrılmasına dair sazişin imzalanma mərasimi keçirilib.
"Şahdəniz" qazının Avropanın qazla təminatını asanlaşdırmaqla yanaşı qitənin qaz bazarında maye qazın qiymətinə də təsir edəcək", - deyə EBRD-nin London ofisinin təbii sərvətlər üzrə direktoru Eric Rasmussen deyib.
Qeyd edək ki, kredit "LUKoil" üçün EBRD və Asiya İnkişaf Bankı (ADB) tərəfindən ayrılmalı olan 1 mlrd. dollarlıq kreditin ilk hissəsidir. EBRD bundan öncə "Şahdəniz" layihəsi üçün "LUKoil"un törəmə şirkəti olan "LUKoil Overseas Shah Deniz Ltd." üçün 380 mln. dollar ayırıb. Ödənişin ilk tranşı 2005-ci ildə 180 mln. dollar, ikinci tranşı isə 2014-cü ildə 200 mln. dollar məbləğində olub.
Xatırladaq ki, "Şahdəniz" Azərbaycanın ən böyük qaz yatağıdır və ehtiyatı 1,2 trln. kubmetrdən çox dəyərləndirilir.