Azərbaycan nefti 2% ucuzlaşıb

Azərbaycan nefti 2% ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,94 dollara bərabərdir
Energetika
10 Dekabr , 2015 09:43
Azərbaycan nefti 2% ucuzlaşıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,64 dollar yaxud 1,54% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,94 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi