“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb

“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb Bakı. 25 dekabr. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,857 mln. manat təşkil edib.
Energetika
2045
25 Dekabr , 2018 11:55
“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,857 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,95% azdır.

2017-ci ildə “AzAlternativEnerji”nin cari aktivləri 1% artaraq 203 min manata çatıb, uzunmüddətli aktivləri isə 7% azalaraq 44,654 mln. manata düşüb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri təxminən 60% artaraq 37 min manata çatıb, cəmi kapitalı isə 7% azalaraq 44,82 mln. manata düşüb.

2017-ci ildə “AzAlternativEnerji”nin əsas əməliyyat gəlirləri 340 min manat (2016-cı ilə nisbətən 29,3% çox), dövlət büdcəsindən ayırmalar hesabına gəlirləri 2,5 mln. manat (25,4% az), insan resursları üzrə xərcləri 2,121 mln. manat (11,1% az), əməliyyat xərcləri 344 min manat (59,1% az), digər ümumi və inzibati xərcləri 385 min manat (40,95% az), əsas vəsaitlər və qeyri-madi aktivlərin amortizasiyası xərcləri 3,389 mln. manat (4,2% çox) təşkil edib.

Son nəticədə şirkət ötən ili 3,4 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 4,1% az olsa da, onun yığılmış zərəri 13,728 mln. manata yüksəlib.

Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi