Ceyhan limanından Azərbaycan neftinin ixracı iyunda 9% artıb
Energetika
- 02 iyul, 2015
- 12:48
Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində 2 797,6 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Məlumata görə, bu həcmin 1 841,7 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 2,6% çoxdur.
Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 1,6% çox, yəni 14 510,8 min ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 276,449 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Son xəbərlər
14:59
Fidan: ABŞ ilə İran arasında 14 gün ərzində razılaşmanın əldə olunması mümkünsüzdür
Region14:55
"Gəncə"nin baş məşqçisi Rafael Petri: "Azərbaycanı beynəlxalq arenada təmsil etməkdən xoşbəxt olardıq"
Komanda14:45
Foto
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ekologiya14:43
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Sağlamlıq14:39
Müctəba Xamenei: İran HDQ ABŞ və İsrailə yeni məğlubiyyət yaşatmağa hazırdır
Region14:35
Foto
DİM tərəfindən yeddi imtahan keçirilib, doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
Elm və təhsil14:28
Foto
"Gəncə" Azərbaycan Yüksək Liqasının bürünc medalçısı olub
Komanda14:24
Foto
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
Fərdi14:21