Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 12 %-dən çox artıb
- 02 noyabr, 2023
- 11:05
Bu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 49 milyon ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2022-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bu, 2023-cü ilin üçüncü rübünün nəticələri 2022-ci ilin eyni dövrü ilə müqayisədə eynidir.
Bu ilin üç rübü ərzundə boru kəmərinin əsaslı xərcləri 4,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin üçüncü rübünün göstəricisindən 0,5 milyon ABŞ dolları və ya 12,5% çoxdur.
Məlumata görə, bu ilin ilk doqquz ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 milyon kubmetr olub ki, bu da illik müqayisədə 4,4 milyon kubmetr və ya 7,8 % çoxdur.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99%), Cənub Qaz Dəhlizi (21,02 %), "Lukoil” (19,9 %),NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.