Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir"

Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir" Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində bərpa olunan enerji ilə bağlı daha konkret mesajlar verilməlidir.
Energetika
12 Noyabr , 2024 17:25
Cennifer Li Morqan: Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində bərpa olunan enerji ilə bağlı daha konkret mesajlar verilməlidir.

"Report" xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi Cennifer Li Morqan (Jennifer Lee Morgan) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, verilən mesajlarda bərpa olunan enerji ilə bağlı təcrübələrin davam etdirilməsi ilə yanaşı, həm də onlara keçidin sürətləndirilməsi məsələsinə toxunulmalıdır: "Enerji toplanma anbarları və enerji şəbəkələri ilə bağlı infrastruktur təkmilləşdirilməlidir. "Yaşıl enerji" sahəsində çalışan işçi qüvvəsinə diqqət ayrılmalı və bacarıqları artırılmalıdır. Verilən mesajlarda enerji sektorunun karbonsuzlaşdırılması, 1,5°C temperatur hədəfinə çatmaq üçün kömürdən imtina da yer almalıdır".

Son xəbərlər

Orphus sistemi