Bu il “Binəqədi” yatağından neft hasilatı artacaq
- 30 yanvar, 2025
- 08:01
Bu il “Binəqədi” yatağından 0,99 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair verdiyi rəydə deyilir.
Bu, 2024-cü ilin proqnozu ilə müqayisədə 0,01 milyon və ya 1,02 % çoxdur. 2023-ci ildə bu yataqdan 0,99 milyon barel neft hasil edilib.
Qeyd edək ki, "Binəqədi" yatağı Abşeron yarımadasının şimal-qərbində yerləşir. 29 sentyabr 2004-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Azen Oil Company B.V." şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanıb. Saziş sahəsi 43,5 km2 təşkil edir. "Binəqədi" yatağı 1896-cü ildən istismar olunmağa başlanıb. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataq 2005-ci il tarixdən “Binagadi Oil Company” tərəfindən istismar edilir, operatoru isə "Azen Oil Company B.V." (Global Energy) şirkətidir.