Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 10 % artıb

Energetika
  • 17 aprel, 2023
  • 11:23
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 10 % artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 11 milyard 520,3 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 % artım müşahidə olunub.

Hesabat dövründə qazın nəqlinin 47,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 5 milyard 511,4 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 9,7 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti