Bu il Azərbaycanda benzin və dizel yanacağının istehsalı artıb
- 15 dekabr, 2021
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 984,4 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,6 % çoxdur.
Hesabat dövründə 1 milyon 138,9 min ton həcmində avtomobil benzini, 2 milyon 238,8 min ton dizel yanacağı, 46,5 min ton sürtkü yağları, 347,2 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin 11 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 6,8 %, dizel yanacağının istehsalı 19 %, sürtkü yağlarının istehsalı 60,9 % artıb, neft bitumunun istehsalı isə eyni səviyyədə olub.
Həmçinin, bu ilin 11 ayında ölkədə 370,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 440,2 min ton ağ neft, 59,3 min ton yanacaq mazutu, 235 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 2,3 dəfə, neft koksunun istehsalı 30,9 %, yanacaq mazutunun istehsalı isə 1,5 % artıb, ağ neftin istehsalı 4,1 % azalıb.