Bu il Azərbaycan polipropilen ixracından qazancını 67 % artırıb

Bu il Azərbaycan polipropilen ixracından qazancını 67 % artırıb Bu ilin may ayında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib
Energetika
1 İyul , 2021 11:19
Bu il Azərbaycan polipropilen ixracından qazancını 67 % artırıb

Bu ilin may ayında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin may ayı ilə müqayisədə 1,7 milyon ABŞ dolları və yaxud 30,9 % çoxdur.

Bu ilin yanvar-may aylarında Azərbaycan 44,2 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 17,7 milyon ABŞ dolları və yaxud 66,8 % çoxdur.

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi