BTC ilə Qazaxıstan neftinin nəqlinin artırılması müzakirə edilib

BTC ilə Qazaxıstan neftinin nəqlinin artırılması müzakirə edilib Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması ilə bağlı müzakirələr aparılıb.
Energetika
5 Mart , 2024 17:58
BTC ilə Qazaxıstan neftinin nəqlinin artırılması müzakirə edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması ilə bağlı müzakirələr aparılıb.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşündə bildirilib.

Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli tranziti üzrə praktiki addımların atılması, bu xüsusda BTC ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” arasında əməkdaşlıq yüksək qiymətləndirilib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib. Enerji əlaqələrinin karbohidrogen sektoru ilə yanaşı, bərpa olunan enerji üzrə genişləndirilməsinin hökumətlərarası komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən olduğu bildirilib.

Elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropaya ixracı ilə bağlı Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun işlərin gedişatı da nəzərdən keçirilib. Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinə başlanması məqsədilə görüləcək tədbirlər müzakirə edilib.

Bundan başqa, Azərbaycan və Qazaxıstanın energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi