BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 1,6 milyon dollardan artıq vəsait xərcləyiblər

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 1,6 milyon dollardan artıq vəsait xərcləyiblər Bu ilin ilk üç rübü ərzində BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,6 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.
Energetika
2 Noyabr , 2023 17:06
BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 1,6 milyon dollardan artıq vəsait xərcləyiblər

Bu ilin ilk üç rübü ərzində BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,6 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin üçüncü rübünün nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 40,7 % azdır.

Üçüncü rüb ərzində bu layihələrə hazırda davam edən 11 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübü ərzində təxminən 0,8 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 38,5 % azdır.

Üçüncü rüb ərzində bu layihələrə hazırda davam edən yeddi təhsil təşəbbüsü və müxtəlif mövzularda iki konfrans və seminara dəstək fəaliyyəti daxil olub.

Son xəbərlər

Orphus sistemi