Londonda fevralın 25-27-də keçirilən illik “IP Week” konfransında iştirak edən bəzi iri neft şirkətləri koronavirus təhlükəsi ilə bağlı kokteyl partilərini və ziyafətlərini ləğv ediblər.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, həmin tədbirləri ləğv edən şirkətlər BP, “Bureau Veritas”, “Credit Agricole”, “Exxon Mobile”, “İNG Commodities”, “Vopak”, “Macquarie”, OPİS (İHS Markit), “Peninsula Petroleum”, “PKN Orlen”, “Saras”, “Saudi Aramco”, SOCAR-dır. Bunların bir qismi, habelə “Galp Energia” və “Repsol” əməkdaşlarından konfrans çərçivəsindəki tədbirlərə getməməyi xahiş ediblər.
“South China Morning Post” xəbər verir ki, bu gün səhərə olan vəziyyətə görə, Çinin qitə ərazisindən kənarda koronavirusa yoluxma halları 24 saat ərzində 234 vahid artaraq 2 438-ə çatıb.