Bakı və Berlin enerji sahəsində əməkdaşlığı müzakirə edəcək
- 03 sentyabr, 2026
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Almaniya bu ilin dekabrında enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq şöbəsinin rəhbəri Yuliya Eqel "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması həlləri" mövzusunda keçirilən vebinarda deyib.
O qeyd edib ki, Almaniya dekabrda enerji sektorunu təmsil edəcək biznes nümayəndə heyətinin Bakıya səfərinin təşkilini planlaşdırır:
"Proqram çərçivəsində Azərbaycanın Energetika Nazirliyinin nümayəndə heyəti ilə görüşün keçirilməsi və birgə fəaliyyət imkanlarının müzakirə edilməsi nəzərdə tutulub".