Bakıda piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürülüb

Bakıda piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürülüb Piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb
Energetika
11 Fevral , 2021 09:44
Bakıda piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürülüb

Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpağın altına köçürülüb.

Bu barədə “Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bir müddət öncə “Bakmil” metrostansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qaz xətti ərazidə çoxdan yerləşir. Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırılıb.

Artıq “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpaq altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi