“Bahar” yatağında neft və qaz hasilatı artacaq

Energetika
  • 06 dekabr, 2021
  • 09:27
“Bahar” yatağında neft və qaz hasilatı artacaq

2022-ci ildə “Bahar” yatağından 0,238 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2021-ci ildə yataqdan 0,185 milyon kubmetr qazın hasil olunması proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 28,6 % azdır.

2020-ci ildə isə bu göstərici 0,18 milyon barel təşkil edib ki, bu da gələn ilin proqnoz göstəricisindən 32,22 % azdır.

Bundan başqa, 2022-ci ildə “Bahar” yatağından 278,775 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Məlumata görə, 2021-ci ildə də yataqdan 218,007 milyon kubmetr qaz hasil olunması proqnozlaşdırılıb. Bu, 2022-ci ilin proqnoz göstəricisindən 27,9 % azdır.

2020-ci ildə isə bu göstərici 181,01 milyon barel təşkil edib ki, bu da 2022-ci ilin proqnoz göstəricisindən 54 % azdır.

Qeyd edək ki, "Bahar" yatağı qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.

"Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti