“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən qurur “Azərişıq” ASC Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.
Energetika
23 Yanvar , 2023 12:51
“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, yenidənqurma işləri Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən həyata keçirilir.

Yenidənqurma nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 8 km-a yaxın 10 kV-luq, 31 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Şəmkirin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılır. 52 km-a yaxın 10 kV-luq, 59 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilir.

Yuxarı Seyfəli və İrmaşlı kəndində abonentlərin sayğacları da yenisi ilə əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1 567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Son xəbərlər

Orphus sistemi