"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
- 08 noyabr, 2026
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın MLS liqasında "İnter Mayami" və "Şarlott" komandaları arasında keçirilən görüş heç-heçə ilə başa çatıb.
"Report" xəbər verir ki, Mayamidəki "Nu" stadionunda baş tutan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Ev sahiblərinin heyətində uruqvaylı hücumçu Luis Suares argentinalı hücumçu German Berteramenin ötürməsindən sonra fərqlənib. Yamaykalı Yan Frey və argentinalı yarımmüdafiəçi Rodriqo De Paul da rəqib qapısına yol tapıblar. De Paulun qoluna venesuelalı Telasko Seqoviya assist edib.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi meydana start heyətində çıxsa da, məhsuldar oyun hərəkəti ilə yadda qalmayıb.
Qonaqların heyətində israilli yarımmüdafiəçi Liel Abada dubl edib. Beninli hücumçu Rodolfo Aloko isə daha bir qolun müəllifi olub.
"İnter Mayami" MLS-in müntəzəm çempionatını 60 xalla Şərq Konfransının ikinci pilləsində başa vurub. "Şarlott" isə 54 xalla beşinci yeri tutub.