“Azərişıq” ASC-nin rəhbərliyi şimal bölgəsində vətəndaş qəbulu keçirib

“Azərişıq” ASC-nin rəhbərliyi şimal bölgəsində vətəndaş qəbulu keçirib Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov iyunun 3-də Qubada Quba və ətraf rayonlardan olan 20-yə yaxın vətəndaşı qəbul edib.
Energetika
3 İyun , 2019 13:49
“Azərişıq” ASC-nin rəhbərliyi şimal bölgəsində vətəndaş qəbulu keçirib
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim

"Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov iyunun 3-də Qubada Quba və ətraf rayonlardan olan 20-yə yaxın vətəndaşı qəbul edib.

Bu barədə “Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, müraciətləri dinləyən “Azərişığ”ın rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Xaçmazda (Xaçmaz və Şabran sakinləri üçün) 24 vətəndaşın müraciətlərini dinləyib.

Son xəbərlər

Orphus sistemi