Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı şəhəri və 40-a yaxın rayonda artıq abonent kodları dəyişdirilərək, 15 rəqəmli koda keçirilib. Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, ilin sonuna qədər bütün yeni abonentlərin kodları dəyişdiriləcək:
"Bakı şəhərində olduğu kimi ətraf kənd və qəsəbələrdə, həmçinin regionlarda olan abonentlərə 15 rəqəmli abonent kodları verilir. Əvvəl onların abonent kodu 11 rəqəmdən ibarət idi. İndi onların təxminən yarısı 15 rəqəmli koda keçirilib və ilin sonuna qədər də bu prosesin tamamlanması gözlənilir".
"Azərişıq" rəsmisi ölkə prezidentinin son qərarından sonra onların abonentlərinin sayının 2,5 milyona qədər artığını deyib:
"Ümumilikdə 2,5 milyona yaxın yeni abonentimiz var ki, onların da 1 milyon 568 mini regionların, 872 mindən çoxu isə Bakı şəhəri və ətraf qəsəbələrin payına düşür. Şimal, Cənub, Mərkəzi Aran və Şimal-Qərb bölgələri üzrə təxminən 40 rayonda abonent kodları artıq yeni sistemə uyğunlaşdırılıb".
Qeyd edək ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "
Xatırladaq ki, "Azərenerji"nin abonentlərə verdiyi abonent kodu 11, "Azərişıq"ın isə 15 rəqəmlidir.